909de742-e80b-40c5-be4c-52df11fbb76f.jpg

Azərbaycanın daha iki təmsilçisi “Mingəçevir reqatası-2024″də medal qazanıb

Baxış sayı: 158 dəfə baxılıb.

Azərbaycanın daha iki təmsilçisi akademik avarçəkmə, kayak və kanoe üzrə
“Mingəçevir reqatası-2024” beynəlxalq turnirində medal qazanıb.

Cixisyolu.com xəbər verir ki, Amil Ramazanov qızıl, Cavid Vəlizadə bürünc mükafata
sahib çıxıblar.

Onlar Aşağı Köndələnçay su anbarındakı yarışda fərqləniblər.

A.Ramazanov 2006-2007 təvəllüdlü idmançıların mübarizəsində 200 metr məsafəyə
kayakla mübarizədə birinci olub.

C.Vəlizadə isə 2008-2009 təvəllüdlü idmançılar arasında 200 metr məsafəyə
kanoe yarışında üçüncü olub.

Qeyd edək ki, reqata oktyabrın 18-də başa çatacaq. Ötən gün Azərbaycan
təmsilçiləri Mingəçevirdəki turnirdə 9 medala yiyələniblər.

12:24

Füzulinin işğaldan azad olunması günü ilə əlaqədar oktyabrın 17-də şəhərin
Aşağı Köndələnçay su anbarında “Mingəçevir Reqatası-2024″ün rəsmi açılış
mərasimi keçirilib.

Cixisyolu.com xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Daha sonra
Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş
şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin
xüsusi nümayəndəsi olan Emin Hüseynov işğaldan azad olunmuş Füzulidə bu cür
tədbirinin baş tutmasının tarixi hadisə olduğunu bildirib. O, işğal dövründə
şəhərin yaxşı vəziyyətdə olmadığını söyləyib. Onun sözlərinə görə, ikinci
Qarabağ müharibəsindən sonra Füzulidə Prezidentİlham Əliyevin göstərişi ilə
abadlıq işləri görülüb. O, yarışın təşkil edildiyi Aşağı Köndələnçay su
anbarının ümummilli lider Heydər Əliyev tərəfindən inşa edildiyini vurğulayıb.

Gənclər və idman naziri Fərid Qayıbov yarışın əhəmiyyətindən danışıb və
idmançılara uğurlar arzulayıb. Yarışda Azərbaycan, Estoniya, Gürcüstan,
İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və
Özbəkistandan 100-dək idmançı mübarizə aparır.

Turnirin birinci günündə Azərbaycan avarçəkənləri iki qızıl, üç gümüş və dörd
bürünc medal qazanıblar.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə
Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə təşkil edilən turnirə oktyabrın
18-də Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində yekun vurulacaq.

Anar Həsənov

Source link