5cdd7a0f-3379-44c3-90b8-d6a073b24144..jpg

Azərbaycanın daha yeddi idmançısı dünya çempionatında mübarizəyə başlayır

Baxış sayı: 537 dəfə baxılıb.

Azərbaycanın daha yeddi idmançısı dünya çempionatında mübarizəyə başlayır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycanın daha yeddi güləşçisi Bakıda hərbçilər arasında keçirilən
güləş üzrə 36-cı dünya çempionatında çıxış edəcək.

“Report” xəbər verir ki, medallar uğrunda 5 kişi və 2 qadın idmançımız
mübarizə aparacaq.

Yunan-Roma güləşçilərindən Fərid Sadıxlı (55 kq), Ziya Babaşov (63 kq), Ülvi
Qənizadə (72 kq), Azad Əliyev (82 kq) və Murad Əhmədiyev (97 kq) etimadı
doğrultmağa çalışacaqlar.

Qadınlardan isə Jalə Əliyeva (57 kq) və Birgül Soltanova (62 kq) qüvvəsini
sınayacaqlar.

Qeyd edək ki, daha əvvəl Azərbaycan təmsilçiləri 6 qızıl, 2 gümüş və 3 bürünc
medal əldə ediblər.

Source link