b31f8c8e-cc60-4b10-b323-5c91983b9d15..jpg

Azərbaycanın doqquz boksçusu beynəlxalq turnirin finalına yüksəlib

Baxış sayı: 787 dəfə baxılıb.

Azərbaycanın doqquz boksçusu beynəlxalq turnirin finalına yüksəlib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gənc boksçular arasında Abbas Ağalarovun xatirəsinə həsr olunan ənənəvi
beynəlxalq turnirdə Azərbaycan millisinin doqquz üzvü finala yüksəlib, 13-ü isə
bürünc medal qazanıb.

Cixisyolu.com-ın məlumatına görə, Bakı Boks Mərkəzində baş tutan ənənəvi yarışda
yarımfinal mərhələsinə yekun vurulub.

26 döyüşdə Azərbaycan millisinin 22 boksçusu rinqə çıxıb. Onlardan 9-u adını
finala yazdırıb, 13 nəfər isə yarımfinalda məğlub olub.

Qazaxıstan yığmasının da 9 idmançısı finalda mübarizə aparacaq. Həlledici
döyüşlərdə Özbəkistanla Tacikistan hərəyə 3, Rusiya 2 nəfərlə təmsil olunacaq.
Səudiyyə Ərəbistanı yığmasının idmançıları 1/4 final, “Royal” (Litva) klubunun
boksçuları isə yarımfinal səddini keçə bilməyiblər.

Finallar bu gün başlayacaq.

Qeyd edək ki, yarışa 7 komandanın 97 boksçusu qatılıb.

Yarımfinallar

48 kq
Abay Toleybekov (Qazaxıstan) – Muinxuja Muminov (Tacikistan) 0:5
Ayaz Tağızadə (Azərbaycan) – Bilalhəbəşi Nəzərov (Azərbaycan) 0:5

51 kq
Zidan Hümbətov (Azərbaycan) – Sabir Dadaşov (Azərbaycan) 5:0
Muxşin Rahmanov (Tacikistan) – Bexultan Boranbek (Qazaxıstan) – ikinci tam
üstünlüklə qalib gəlib

54 kq
Ömər Aslanlı (Azərbaycan) – Anuşervon Fozilov (Tacikistan) 1:4
Aydak Kadirxan (Qazaxıstan) – Yerasil Amanqaliyev (Qazaxıstan) 0:5

57 kq
Tağı Nəsibov (Azərbaycan) – Janseri Koşerbayev (Qazaxıstan) – birinci tam
üstünlüklə qalib gəlib
Məhəmmədəli Aşurəliyev (Azərbaycan) – Maqomedrasul İbrahimov (Rusiya) 5:0

60 kq
Məhəmmədəli Qasımzadə (Azərbaycan) – Bek Joldaşbek (Qazaxıstan) 4:1
Tofiq Zairov (Azərbaycan) – Canarslan Temirbiyev (Rusiya) 0:5

63,5 kq
Səid Yunusov (Özbəkistan) – Mehrab Abbasov (Azərbaycan) – birinci tam
üstünlüklə qalib gəlib
Ruslan Qafurov (Tacikistan) – Renat Krepştul (“Röyal” klubu, Litva) 5:0

67 kq
Hüseyn Hacıyev (Azərbaycan) – Abbasqulu Şadlinski (Azərbaycan) 1:4
Dias Serikuli (Qazaxıstan) – Torexan Sabirxan (Qazaxıstan) 0:5

71 kq
Oner Seilxan (Qazaxıstan) – Şamsiddin Tursunov (Özbəkistan) 5:0
Almuhamed Ahmetov (Qazaxıstan) – Ayxan Əliyev (Azərbaycan) 4:1

75 kq
Fuad Babayev (Azərbaycan) – Mircəlal Mirağayev (Azərbaycan) 0:5
Sanjar-Ali Beqaliv (Qazaxıstan) – Damir Sineyev (Qazaxıstan) 5:0

80 kq
Şamil Saqidoldayev (Qazaxıstan) – Cavohir Mexriddinov (Özbəkistan) 0:5
Şamil Nəcəfov (Azərbaycan) – Madiyar Behultanov (Qazaxıstan) – ikinci tam
üstünlüklə qalib gəlib

86 kq
Şahin Dadaşov (Azərbaycan) – Rahmotjon Kodirov (Özbəkistan) 0:5
Rza Novruzov (Azərbaycan) – Ruslan Qəhrəmanov (Azərbaycan) 0:5

92 kq
Daulet Daniyar (Qazaxıstan) – Kənan Nəcəfov (Azərbaycan) – birinci tam
üstünlüklə qalib gəlib
Danielius Baltruşaitis (“Royal”, Litva) – Yerali Şopanov (Qazaxıstan) 2:3

+92 kq
Orxan Ağayev (Azərbaycan) – Həsən Sadıqzadə (Azərbaycan) 5:0
Umidjon Şaripov (Özbəkistan) – Maqomedxan Malaçiyev (Rusiya) – ikinci tam
üstünlüklə qalib gəlib

Source link