Azərbaycanın dörd boksçusu Avropa Kubokunda bürünc medalla kifayətlənib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanın dörd boksçusu Monteneqronun Budva şəhərində keçirilən Avropa
Kubokunda bürünc medalla kifayətlənib.
Bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Bildirilib ki, Tural Sarıyev (48 kq) yarımfinalda Artiş Soyanla (Rusiya),
Tayfur Əliyev (60 kq) Sofyan Umia (Fransa) ilə, Sərxan Əliyev (71 kq) Damian
Durkajla (Polşa) və Mirşərif Kazımzadə (75 kq) Cambulat Bijamovla (Rusiya)
qarşılaşıb.
Bu görüşlərdə rəqiblər mərhələ adladığından, boksçularımızın 4-ü də yarışı
bürünc medalla başa vurub.
63,5 kq çəkidə Ahmat Ştivi (İsrail) döyüşdən imtina etdiyi üçün Malik Həsənov
finalda mübarizə aparacaq. Milli üzvü çempionluq uğrunda Qabil Məmmədovla
(Rusiya) döyüşəcək.