cb5481c0-3380-4929-b255-7ef202547084..jpg

Azərbaycanın dörd güləşçisi hərbçilər arasında dünya çempionu oldu – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 554 dəfə baxılıb.

Azərbaycanın dörd güləşçisi hərbçilər arasında dünya çempionu oldu – YENİLƏNİB
+ FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatında daha
iki idmançımız qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, 74 kiloqram çəki dərəcəsində mübarizə aparan Turan
Bayramov final görüşündə İran pəhləvanını böyük xal fərqi ilə məğlub edərək
dünya çempionu olub.

Çempionatda 92 kiloqram çəki dərəcəsində mübarizə aparan İbrahim Yusubov
həlledici döyüşdə türk rəqibindən üstün olub və ölkəmizə bu yarışda dördüncü
qızıl medalı qazandırıb.

Qeyd edək ki, Bakıda hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya
çempionatında daha öncə sərbəst güləşçi Hacı Əliyev və Əli Rəhimzadə qızıl
medal qazanıblar.

29.11.2023, 21:11

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Bakıda hərbçilər arasında keçirilən
güləş üzrə 36-cı dünya çempionatında qızıl medal qazanıb.

“Report” xəbər verir ki, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan üçqat
dünya çempionu final görüşündə iranlı rəqibini məğlubiyyətə uğradaraq fəxri
kürsünün ən yüksək pilləsinə qalxıb.

Azərbaycanın digər təmsilçisi -65 kiloqram çəki dərəcəsində mübarizə aparan
Əli Rəhimzadə isə finalda monqolustanlı rəqibindən üstün olub və dünya çempionu
adını qazanıb.


Source link