65edce2b-254c-4a68-a50d-c47502a26470..jpg

“Azərbaycanın Dostları” Birliyinin “Ritm” rəqs qrupu ilə birgə layihəsi təqdim olundu – VİDEO

Baxış sayı: 804 dəfə baxılıb.

“Azərbaycanın Dostları” Birliyinin “Ritm” rəqs qrupu ilə birgə layihəsi təqdim
olundu – VİDEO

İsveçrənin Bazel şəhərində fəaliyyət göstərən “Azərbaycanın Dostları”
Birliyinin 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə
“Ritm” rəqs qrupu ilə birgə yeni layihəsi təqdim edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Azərbaycanın Dostları”
Birliyinin təşkilatçılığı ilə hazırlanan videoçarx “Ritm” rəqs qrupunun
Avropaya turu çərçivəsində ərsəyə gəlib.

Bazel məbədi (Basel Minster) önündə çəkilişləri aparılan videoçarxda dahi
Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Fantaziya 1” (Qaytağı) əsəri əsasında
quruluş verilmiş rəqs təqdim edilib. Əsəri tanınmış kamança ustası İmamyar
Həsənov və onun musiqi qrupu ifa edib.

Rəqsin quruluşçusu “Ritm” rəqs qrupunun üzvü, xoreoqraf Seymur Nəbi-zadə,
geyim üzrə rəssamı Leyla Əliyevadır. Rəqsi Dərya Maslakova, Nurlana İbrahimova,
Cəmilə Məlikova, Tunar Əzizli, Seymur Nəbi-zadə, Firuz Əlövsədov ifa ediblər.

Qeyd edək ki, “Ritm”rəqs qrupu 2011-ci ildə fəaliyyətə başlayıb. Bakı Dövlət
Universitetinin rəqs kollektivinin 4 üzvü ilə yaradılan bu qrupun əsas məqsədi
milli rəqslərimizi ölkəmizdə və xaricdə peşəkarcasına təbliğ etməkdir. Bu günə
qədər “Ritm” rəqs qrupu Gürcüstan, Türkiyə, Rusiya, Amerika Birləşmiş Ştatları,
Şimali Kipr Türk Respublikası, Çin, Belarus, Monteneqro, İsveçrə, Almaniya kimi
xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil edib.

Videoçarxı aşağıdakı linkdən izləmək mümkündür:


Source link