b464b85d-af02-4f4c-90a7-d439eff2bebf..jpg

Azərbaycanın “Dostluq” ordeni Özbəkistanın incəsənət xadimlərinə təqdim olunub – FOTO

Baxış sayı: 607 dəfə baxılıb.

Azərbaycanın “Dostluq” ordeni Özbəkistanın incəsənət xadimlərinə təqdim olunub
– FOTO

Azərbaycanın “Dostluq” ordeni Özbəkistanın incəsənət xadimlərinə təqdim olunub.

Bu barədə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən
məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ilin 30 avqust
tarixli Sərəncamına əsasən, Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələrində
xidmətləri olan Özbəkistan Respublikasının bir qrup mədəniyyət xadimi “Dostluq”
ordeni ilə təltif edilib.

Sərəncama əsasən, Özbəkistanın Xalq artisti Haşimjon İsmayılov, Əməkdar artist
Kamoliddin Urunbayev və şair Əli Nəsirli Azərbaycanla Özbəkistan arasında
mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif
ediliblər. Sözügedən mükafatların bir qismi bu ilin 1-3 avqust tarixlərində
Bakıda keçirilən Özbəkistan Mədəniyyət Günləri çərçivəsində təqdim edilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində təşkil
edilmiş tədbirdə təltifetmə mərasimi keçirilib.

İlk olaraq Azərbaycanla Özbəkistan arasında mədəni əlaqələrin inkişafındakı
xidmətlərinə görə Sırdəryada yaşayan soydaşımız, Özbəkistan Yazıçılar
Birliyinin üzvü, şair Əli Nəsirliyə “Dostluq” ordeni verilməsi haqqında
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ötən il imzaladığı Sərəncam
oxunub və daha sonra orden Əli Nəsirliyə təqdim edilib.

Tədbir çərçivəsində, həmçinin, diaspor fəaliyyətindəki xidmətlərə görə
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin
Nuriddinova, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı
Universitetinin dosenti Gülbahar Aşurovaya və Mərkəzi Asiya Beynəlxalq
İnstitutunun baş elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru Azər
Adıgözəlova Azərbaycanın Diasporla iş üzrə Dövlət Komitəsinin təşəkkürnamələri
də təqdim edilib.

Mükafatlar təqdim olunan özbək alimlər, xadimlər fəaliyyətlərinə verilən
qiymətə görə Azərbaycan Prezidenti İlham Əliyevə öz təşəkkürlərini bildirib,
gələcəkdə də öz fəaliyyətləri ilə iki ölkə arasında dostluq əlaqələrinin
möhkəmləndirilməsi üçün səylə çalışacaqlarını vurğulayıblar.

Source link