Azərbaycanın Əməkdar artisti vəfat etdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Əməkdar artist Niftulla Fətulla oğlu Əsgərov vəfat edib.
Cixisyolu.com xəbər verir ki, Niftulla Əsgərov uzun sürən xəstəlikdən sonra bu gün
səhər saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, Niftulla Əsgərov 5 iyul 1959-cu ildə Lənkəran rayonunun Girdəni
kəndində anadan olub. 1995-ci ildən Lənkəran Dövlət Dram Teatrının aktyoru kimi
çalışıb.
Teatrda S.M.Qənizadənin “Xor-xor”əsərində “Seyfulla”, İ.Məlikzadənin “Gəl
qohum olaq”ında “Camal”, H.Abbaszadənin “Həzi Aslanov”unda “Bekişvilli”,
Ü.Hacıbəyovun “Olanlardan-keçənlərdən”ində “Atamoğlan əmi”, N.B.Vəzirovun “Hacı
Qənbər”ində “Qıdı Kirvə”, E.İsgəndərzadənin “Qalxın, məhkəmə gəlir”ində
“Bəhruz”, H. Mirələmovun “Vicdanın hökmü”ndə “Aşot”, B. Nuşiçin “Nazirin
xanımı”nda “Çeda”, N.Nərimanovun “Nadir şah”nda “Əliəşrəf bəy” və s. obrazlara
səhnə həyatı verib.
Paralel olaraq “My name is İntiqam”, “My name is İntiqam 2”, “Bayram axşamı”,
“Bığ əhvalatı”, “Vəziyyət rusca”, “Elçilik” və başqa filmlərdə, “Bizim Əhməd
haradadır?”, “Xalxın evi” və s. seriallarında aktyor kimi çəkilib.
2014-cü ildə teatrın inkişafında xidmətlərinə görə Mədəniyyət Nazirliyinin
“Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub. 2018-ci ildə
“Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb.