851b2387-7277-462a-abe0-cf27dd8e1a13..jpg

Azərbaycanın enerji siyasəti ABŞ-də keçirilən konfransda müzakirə olunub – FOTO

Baxış sayı: 703 dəfə baxılıb.

Azərbaycanın enerji siyasəti ABŞ-də keçirilən konfransda müzakirə olunub –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-nin Pensilvaniya ştatında Azərbaycanın Vaşinqtondakı səfirliyinin və
ABŞ-nin enerji sektorundakı nüfuzlu qurumlarının birgə təşkilatçılığı ilə
“Enerji Təhlükəsizliyi Konfransı” keçirilib.

“Report”un ABŞ bürosu xəbər verir ki, konfransda Azərbaycanın ABŞ-dəki
fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Pensilvaniya ştatının
konqresmenləri, ABŞ-nin nüfuzlu beyin mərkəzlərindən olan Strateji və
Beynəlxalq Araşdırmalar Mərkəzi, Konqres Araşdırma Xidməti, Vaşinqton İnstitutu
və İrs Fondundan nümayəndələr, Nyu-York, Kolumbiya, Rays, Texas A&M
universitetlərinin təmsilçiləri və digər dövlət və özəl sektor nümayəndələri
iştirak ediblər.

İkinci dəfə təşkil olunan ənənəvi konfrans enerji sahəsində müxtəlif
diskussiyalara həsr olunmuş altı müxtəlif paneldən ibarət olub.

“Böyük Güclər Rəqabətinin Enerji Təhlükəsizliyinə Riskləri” adlı paneldə çıxış
edən səfir X.İbrahim, Azərbaycanın enerji və bağlantılar sahələrində hazırda
apardığı siyasət və təşəbbüskarı olduğu regional layihələr barədə qonaqlara
məlumat verib.

Səfir Azərbaycanın qlobal, o cümlədən Avropanın enerji təhlükəsizliyinin
təminatına verdiyi töhfədən bəhs edib. X.İbrahim ABŞ ilə Azərbaycan arasında
enerji, o cümlədən digər bütün sahələrdə ikitərəfli münasibətlərin xüsusilə son
illərdə inkişaf etdiyini qeyd edib. O, Azərbaycanın əsasən neft və qaz ixrac
edən ölkə olması ilə yanaşı, hazırda bərpa olunan və alternativ enerji
mənbələrində istifadə ilə bağlı atılmaqda olan önəmli addımlardan da söhbət
açıb. Səfir ərazilərimiz işğaldan azad edildikdən sonra bu sahədə potensialın
daha da artdığını və həmin bölgənin sıfır emissiyalı əraziyə çevrilməsi
istiqamətində ciddi bərpa və yenidənqurma işlərinin aparıldığını xüsusi
vurğulayıb.

Müzakirələrdə iştirak edən ABŞ-nin enerji sektorundakı nüfuzlu qurumlarının
nümayəndələri Azərbaycanın enerji sektorunda reallaşdırdığı genişmiqyasılı
layihələrin dünya ölkələrinin enerji təminatında töhfələrindən bəhs ediblər.

Paneldə çıxış edənlər ABŞ-Azərabycan arasında yaxın gələcəkdə həyata
keçirilməsi planlaşdırılan müxtəlif layihələr ətrafında fikir mübadiləsi
aparıblar. Qarşılıqlı maraq doğuran məsələlər ətraflı müzakirə olunub.

Source link