5f1b28f2-7765-42ce-9708-ecf1428de513..jpg

Azərbaycanın FIFA referisi Fransa klubunun oyununu idarə edəcək

Baxış sayı: 520 dəfə baxılıb.

Azərbaycanın FIFA referisi Fransa klubunun oyununu idarə edəcək

Azərbaycan daha bir FIFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.

“Report”un əldə etdiyi məlumata görə, 32 yaşlı ədalət təmsilçisi Konfrans
Liqasının qrup mərhələsinin II turunda iş başında olacaq.

Məsiyev Farer adalarında yerli “Ki Klaksvik” və Fransanın “Lill” komandaları
arasında keçiriləcək oyunu idarə edəcək.

Qeyd edək ki, oktyabrın 5-də Torshavnda gerçəkləşəcək qarşılaşma Bakı vaxtı
ilə saat 20:45-də start götürəcək.

Xatırladaq ki, digər FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının matçına
təyinat alıb.

Source link