37b92589-248e-403c-99a1-47f69324fdf3..jpg

Azərbaycanın FIFA referisi “İnter”in oyununa təyinat alıb

Baxış sayı: 1. 163 dəfə baxılıb.

Azərbaycanın FIFA referisi “İnter”in oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan növbəti dəfə təyinat alıb.

“Report”un məlumatına görə, o, Polşada Ukraynanın “Rux” (Lvov) və İtaliyanın
“İnter” komandası arasında keçiriləcək Gənclər Liqasının pley-off oyununu idarə
edəcək.

Məsiyevə laynsmanlar qismində Rəhman İmani və Vüsal Məmmədov köməklik
göstərəcək. Dördüncü hakim funksiyasını polşalı Yatsek Malişek yerinə yetirəcək.

Qeyd edək ki, fevralın 8-də oynanılacaq matç Bakı vaxtı ilə saat 17:00-da
başlayacaq.

Source link