Azərbaycanın FIFA referisi təyinat alıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanın FIFA referisi Fəridə Lütfəliyeva beynəlxalq təyinat alıb.
Cixisyolu.com AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, qadın
futbolçulardan ibarət Monteneqro və Andorra komandaları arasında keçiriləcək
Avropa çempionatının seçmə mərhələ oyununu idarə edəcək.
Lütfəliyevaya Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək göstərəcəklər.
Dördüncü hakim funksiyasını maltalı Yoanna Vassallo yerinə yetirəcək.
Qeyd edək ki, C Liqasının 3-cü qrupunun oyunu aprelin 5-də Monteneqronun
paytaxtı Podqoritsada, Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.