42a34321-5499-48d7-a9ca-2b6f88da87a2..jpg

Azərbaycanın FIFA referisi Yunanıstanda mərkəzi oyunu idarə edəcək

Baxış sayı: 528 dəfə baxılıb.

Azərbaycanın FIFA referisi Yunanıstanda mərkəzi oyunu idarə edəcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan
Superliqasının oyununa təyinat alıb.

Ədalət təmsilçisi fevralın 11-də keçiriləcək XXII turun PAOK – AEK matçını
idarə edəcək.

Ona Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olacaqlar. Yerli referi
Aristotelis Diamantopulos dördüncü hakim funksiyasını yerinə yetirəcək. Digər
FIFA referimiz Elçin Məsiyev Reynhard Buxbaumla birlikdə VAR hakimidir.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. PAOK 50
xalla liderdir. İki xal az toplayan AEK ikinci pillədə qərarlaşıb.

Mənbə: parapolitika.gr

Source link