fb8b9062-46f2-4fa5-8ee1-3229f576218c..jpg

Azərbaycanın Fransaya ixracı 57 dəfə artıb

Baxış sayı: 694 dəfə baxılıb.

Azərbaycanın Fransaya ixracı 57 dəfə artıb

2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanın Fransaya ixracı 126 milyon 747
min dollar təşkil edib.

APA-nın məlumatına görə, bu göstərici ötən ilin ilk 6 ayı ilə müqayisədə 57
dəfə və ya 124 milyon 525 min dollar çoxdur. 2022-ci ilin müvafiq dövründə
Azərbaycandan Fransaya 2,2 milyon dollar dəyərində məhsul ixrac edilib.

Qeyd edək ki, hesabat dövründə Fransadan Azərbaycana idxalın həcmi illik
müqayisədə 2,6 dəfə artaraq 290 milyon 972 min dollara bərabər olub.

Cari ilin yanvar-iyun aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət
dövriyyəsində Fransa ilə ticarətin payı 1,60% təşkil edib.

Source link