Azərbaycanın gimnastika millisi Portuqaliyadakı turnirə qatılacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Aerobika gimnastikası üzrə Azərbaycan millisi Portuqaliyanın Kantanhede
şəhərində təşkil olunacaq “12-ci Kantanhede beynəlxalq açıq yarışı”na qatılacaq.
Bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Bildirilib ki, baş məşqçi Mariyan Kolevin rəhbərliyi altında 10 gimnast
turnirdə mübarizə aparacaq.
Bunlar Arzu Ağayeva, Leyla Bejanova, Sənəm Kazımova, Sara Əlixanlı, Dilarə
Qurbanova, Fidan İbrahimova, Leyla Əhmədova, Evelina Kozlovskaya, Məryəm
Topçubaşova və Xədicə Quliyevadır.
Bu gün startı veriləcək yarış martın 24-dək davam edəcək. Beynəlxalq dərəcəli
hakim Lalə Hüseynova da turnirdə Azərbaycanı təmsil edəcək.