Azərbaycanın güləş milliləri toplanışa başlayacaqlar
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanın güləş milliləri bu gün növbəti təlim-məşq toplanışına start
verəcəklər.
Cixisyolu.com-ın xəbərinə görə, sərbəst, qadın və yunan-Roma güləşi üzrə yığmalar
Quba Olimpiya İdman Kompleksində məşqləri bərpa edəcəklər.
Xüsusi fiziki hazırlıq üzrə toplanışda ABŞ-dən dəvət edilən mütəxəssis Mark
Alan Filippinin proqramı üzrə təmrinlər həyata keçiriləcək. Dözümlülük və
fiziki gücün artırılması ilə yanaşı, güləş xalçası üzərində taktiki-texniki
məşqlərə də yer ayrılacaq.
Qeyd edək ki, toplanış iki həftə davam edəcək və komandalar növbəti hazırlıq
prosesini Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında keçəcəklər.