c0b3411b-a527-4106-aac7-42f9278220be..jpg

Azərbaycanın güləş yığmalarının Avropa çempionatı üçün yekun heyətləri – SİYAHI

Baxış sayı: 702 dəfə baxılıb.

Azərbaycanın güləş yığmalarının Avropa çempionatı üçün yekun heyətləri – SİYAHI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 12-18-i aralığında Rumıniyanın paytaxtı Buxarestdəki Avropa
çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub.

Bu barədə Güləş Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, yarışa baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən
Bayramov, məşqçilər Həsən Əliyev, Kamran Məmmədov və Elvin Mürsəliyevin
rəhbərliyi altında yunan-Roma güləşçiləri start verəcəklər.

Heyətdə Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63
kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq),
Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Beka
Kandelaki (130 kq) yer alıb.

Daha sonra estafet qadın güləşçilərə keçəcək. Baş məşqçi Semyon Çterev, böyük
məşqçi Toğrul Əsgərov və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında
Mariya Stadnik (50 kq), Jalə Əliyeva (57 kq), Ayona Kolesnik (59 kq), Birgül
Soltanova (62 kq) və Elis Manolova (65 kq) mübarizə aparacaq.

Çempionatın son günlərində isə xalçaya sərbəst güləşçilər çıxacaq. Baş məşqçi
Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və
Şərif Şərifovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Nürəddin Novruzov
(61 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq), Turan Bayramov (74 kq),
Orxan Abasov (79 kq), Arseni Cioyev (86 kq), Osman Nurmaqomedov (92 kq),
Maqomedxan Maqomedov (97 kq) və Georgi Meşvildişvili (125 kq) uğur qazanmağa
çalışacaq.

Avropa çempionatında I-S kateqoriyalı hakimlər Asif Şirəliyev və Sədi Quliyev
ədaləti qoruyacaq.

Source link