3584694e-0ac9-4c6e-a486-8d3cfe0cfac4.jpg

Azərbaycanın hərbi helikopterləri şərti hava kəşfiyyatı aparıblar

Baxış sayı: 47 dəfə baxılıb.

2024-cü ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter
bölmələri ilə təlim-məşq uçuşları keçirilib.

Cixisyolu.com xəbər verir ki. bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Uçuş heyətlərindən hazırlıq barədə məruzələr qəbul edildikdən sonra pilotların
təlim uçuşunun şərtləri və təhlükəsizlik qaydaları barədə nəzəri bilikləri
yoxlanılıb.

Daha sonra pilotlar helikopterlərə nəzarət baxışı keçiriblər.

Bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edən
pilotlar təlim-məşq uçuşlarının planına uyğun olaraq, helikopterlərlə havaya
qalxma və yerə enmə, hava kəşfiyyatının aparılması, hava və yerüstü hədəflərin
aşkar edilməsi, komanda qərargah məntəqələri ilə əlaqələrin yaradılması, eləcə
də digər fəaliyyətlər üzrə təlim tapşırıqlarını yerinə yetiriblər.

Döyüş hazırlığı və praktiki vərdişlərin daha da artırılması məqsədilə
keçirilən təlim-məşq uçuşlarında pilotlarımız yüksək peşəkarlıq nümayiş
etdiriblər.

Azərbaycanın hərbi helikopterləri şərti hava kəşfiyyatı
aparıblar
Azərbaycanın hərbi helikopterləri şərti hava kəşfiyyatı aparıblar

Source link