b70e631e-2c14-4249-a134-3b44d65c2e2e..jpg

Azərbaycanın humanitar yardımının ikinci hissəsi Ukraynaya yola salınıb – FOTO

Baxış sayı: 737 dəfə baxılıb.

Azərbaycanın humanitar yardımının ikinci hissəsi Ukraynaya yola salınıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Prezidentinin 2023-cü il 17 iyul tarixli Sərəncamına uyğun olaraq
elektrik avadanlıqlarından ibarət humanitar yardımın ikinci hissəsi Ukraynaya
göndərilib.

Bu barədə Cixisyolu.com-a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sözügedən humanitar yükə 900 min metrdən çox elektrik kabelləri
və naqilləri, həmçinin 18 ədəd transformator və komplekt transformator
məntəqələri daxildir.

Azərbaycan Energetika Nazirliyinin tədarük etdiyi yardımı daşıyan 23 TIR-dan
ibarət yük avtomobili karvanı bu gün Sumqayıt Texnologiyalar Parkının
ərazisindən yola salınıb. Ölkə başçısının yuxarıda qeyd olunmuş Sərəncamı ilə
Ukrayna xalqına humanitar yardım göstərilməsi üçün nəzərdə tutulmuş və ümumi
dəyəri 7,6 milyon ABŞ dolları olan elektrik avadanlıqlarının növbəti
hissələrinin yaxın müddət ərzində göndərilməsi planlaşdırılır.

Xatırladaq ki, sözügedən humanitar yardımın birinci hissəsi cari ilin
oktyabrın 30-da Ukraynaya göndərilib.

Source link