8a937018-01d7-4ae1-b8c1-6fb44edfee91..jpg

Azərbaycanın idman jurnalistləri beynəlxalq turnirdə üçüncü olub

Baxış sayı: 703 dəfə baxılıb.

Azərbaycanın idman jurnalistləri beynəlxalq turnirdə üçüncü olub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanın paytaxtı Tbilisidə futbol üzrə Beynəlxalq Media Kuboku keçirilib.

“Report”un məlumatına görə, məşhur şərhçi Kote Maxaradzenin xatirəsinə həsr
olunan yarışda Azərbaycanın idman jurnalistlərindən ibarət millisi də mübarizə
aparıb.

Yığma səkkiz ölkənin yer aldığı turnirin “B” qrupunda Rumıniya, Qazaxıstan və
Gürcüstanın ikinci kollektivi ilə üz-üzə gəlib.

Komanda altı xal toplayaraq qrupdan çıxıb. Finalın bir addımlığında rəqib
Gürcüstanın əsas yığması olub. Gərgin keçən görüşdə rəqib 3:2 hesabı ilə qalib
gəlib.

Yekunda komandamız turniri mükafatçılar sırasında, 3-cü yerdə bitirib.

Qeyd edək ki, turnir bir neçə ildir təşkil olunur. İdman jurnalistlərindən
ibarət heyət Gənclər və İdman Nazirliyi, “Azərbaycan İdman Jurnalistləri”
İctimai Birliyinin dəstəyi ilə yarışa qatılıb.

Source link