9eca0d79-2afe-4c2b-ab2c-f1ca3bf2b9ec..jpg

Azərbaycanın iki boksçusu Avropa çempionatında 1/4 finala yüksəldi

Baxış sayı: 658 dəfə baxılıb.

Azərbaycanın iki boksçusu Avropa çempionatında 1/4 finala yüksəldi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan millisinin daha üç üzvü Monteneqronun Budva şəhərində keçirilən 22
yaşadək boksçular arasında Avropa çempionatında qələbə qazanıb.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, Avropa çempionu Nicat
Hüseynov ilk görüşündə Françesko Messineo (Almaniya) ilə qarşılaşıb. 51 kq
çəkidə mübarizə aparan idmançı inamlı qələbə qazanıb – 5:0 (29:28, 30:27,
30:27, 30:27, 30:27). O, 1/4 finalda ilk mərhələdən azad olan italiyalı Fares
Al-Assi ilə döyüşəcək. Görüş noyabrın 16-da olacaq.

Qitə çempionatının finalçısı Ruslan Qədirov (54 kq) da mərhələ adlayıb. O, 1/8
finalda italiyalı Tommaso Skiaccanı 3:2 (29:28, 29:28, 29:28, 28:29, 28:29)
hesabı ilə məğlub edib. Qədirov noyabrın 16-da baş tutacaq 1/4 final döyüşündə
Kaya Canla (Türkiyə) qüvvəsini sınayacaq.

60 kq-da Maqsud Xasmetov Berat Çiveleki (Türkiyə) mübarizədən kənarlaşdırıb.
Milli üzvü 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə qələbə qazanıb.
O, noyabrın 14-də 1/8 final çərçivəsində irlandiyalı Kallum Ovenslə
münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, yarışın üçüncü günündə Azərbaycan millisinin 6 boksçusu rinqə
çıxacaq. Daha əvvəl iki idmançı turnirə qələbə ilə start verib.

Source link