7c16b048-b3e2-4f5c-ba9c-b628015aab4e..jpg

Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib

Baxış sayı: 391 dəfə baxılıb.

Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın iki boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən gənclər
arasında Avropa birinciliyində finala yüksəlib.

Cixisyolu.com xəbər verir ki, hər iki milli üzvü yarımfinal görüşlərini qələbə ilə
başa vurublar.

48 kq-da Bilalhəbaşi Nəzərov Frihah İsmael Maqraou (İspaniya) ilə üz-üzə gəlib
və rəqibini 5:0 (29:28, 30:27, 30:26, 30:27, 30:27) hesabı ilə məğlub edib. O,
finalda Aleksandr Zveryevlə (Ukrayna) münasibətinə aydınlıq gətirəcək.

Ömər Aslanlı (54 kq) da adını həlledici görüşə yazdırıb. Yığma üzvü
yarımfinalda bolqarıstanlı Atanas Dinkovu 5:0 (30:25, 29:26, 29:26, 30:25,
30:25) hesabı ilə məğlub edib. Aslanlı qızıl medal uğrunda Maksim Çekinlə
(Ukrayna) qarşılaşacaq.

Avropa birinciliyində çempionluq döyüşləri aprelin 14-də baş tutacaq.

Source link