Azərbaycanın İnzibati Ərazi Bölgüsü Təsnifatı yenidən hazırlanıb: 11 şəhər, 76
rayon
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Dövlət Statistika Komitəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati
Ərazi Bölgüsü Təsnifatı yenidən hazırlanıb. Təsnifat hazırlanarkən Ağdərə
rayonunun yaradılması, Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı,
Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi
və digər son dəyişikliklər nəzərə alınıb.
Bu barədə Modern.az-a komitədən məlumat verilib.
İnzibati Ərazi Bölgüsü Təsnifatına görə, hazırda Azərbaycanda respublika
tabeli 10 şəhər var: Bakı, Gəncə, Xankəndi, Lənkəran, Mingəçevir, Naftalan,
Sumqayıt, Şəki, Şirvan, Yevlax.
Bakı şəhərinin inzibati ərazisinə 1 şəhər, 12 rayon, 59 qəsəbə daxildir.
Gəncə şəhərinin inzibati ərazisinə 1 şəhər, 7 qəsəbə daxildir.
Xankəndi şəhərinin inzibati ərazisinə 1 şəhər (Xankəndi), 1 qəsəbə
(Kərkicahan) daxildir.
Lənkəran şəhərinin inzibati ərazisinə 2 şəhər (Lənkəran və Liman), 8 qəsəbə,
83 kənd daxildir.
Mingəçevir şəhərinin inzibati ərazisinə 1 şəhər daxildir.
Naftalan şəhərinin inzibati ərazisinə 1 şəhər, 2 kənd daxildir.
Sumqayıt şəhərinin inzibati ərazisinə 1 şəhər, 2 qəsəbə (Corat və Hacı
Zeynalabdin) daxildir.
Şəki şəhərinin inzibati ərazisinə 1 şəhər, 2 qəsəbə, 68 kənd daxildir.
Şirvan şəhərinin inzibati ərazisinə 1 şəhər, 2 qəsəbə daxildir.
Yevlax şəhərinin inzibati ərazisinə 1 şəhər, 3 qəsəbə, 46 kənd daxildir.
Respublika tabeli rayonların sayına gəldikdə, hazırda onların sayı 57-dir.
Həmçinin Azərbaycan Respublikasına Naxçıvan Muxtar Respublikası da daxildir.
Muxtar respublika 1 şəhər (Naxçıvan şəhəri) və 7 rayondan (Babək, Culfa,
Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur) ibarətdir.
Ümumilikdə Bakı şəhərindəki, Naxçıvan MR-dəki rayonlar daxil olmaq
respublikada 76 rayon mövcuddur (12-si Bakıda, 7-si Naxçıvan MR-də, 57-si
respublika tabeli rayon).