9fd3ce8b-9059-41c1-8aac-a76930f0ada1..jpg

Azərbaycanın İrandakı səfiri Qarabağla bağlı acı xatirələr və bugünkü reallıqlar barədə paylaşım etdi – VİDEO

Baxış sayı: 649 dəfə baxılıb.

Azərbaycanın İrandakı səfiri Qarabağla bağlı acı xatirələr və bugünkü
reallıqlar barədə paylaşım etdi – VİDEO

Azərbaycanın İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əli
Əlizadə 30 il əvvəl Qarabağın işğalı zamanı evlərindən qovulan
azərbaycanlılarla, bu gün iqtisadi rayonun erməniəsilli sakinlərinə rəsmi Bakı
tərəfindən verilən imkanlar arasında paralellər aparıb.

Cixisyolu.com-ın məlumatına görə, bununla bağlı o, özünün “X” hesabında paylaşım edib.

“1990-cı illərin əvvəlinin acı xatirələri. Azərbaycanlılar Qarabağdan zorla
qovulurlar. 2023-cü ilin reallıqları. Bütün bu faktlara baxmayaraq, Azərbaycan
erməniləri Qarabağı tərk etməməyə və çoxmillətli Azərbaycanın bir hissəsi
olmağa çağırır”, – deyə diplomat bildirib və paylaşımına dediklərinin əyani
sübutu olan video əlavə edib.

📹 Bitter memories of the early 1990s. Azerbaijanis were expelled from
#Karabakh ٫
Azerbaijan by force.

Realities of 2023. Despite all these facts, Azerbaijan calls on Armenians not
to leave#Garabagh
and to be
part of multiethnic#Azerbaijan
.

📹 @Caucasian_bureau pic.twitter.com/R4g6kzR0T2
— Ali Alizada 🇦🇿 (@Ali_F_Alizada) September 29, 2023

Source link