fc1dabb5-512b-4cfb-a018-833692c56476..jpg

Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının tibbi müayinəsi keçirilir

Baxış sayı: 976 dəfə baxılıb.

Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının tibbi müayinəsi keçirilir

Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının “Yeni Klinika”da tibbi
müayinəsi həyata keçirilir.

APA xəbər verir ki, onların bir qisminin müayinəsi artıq başlayıb.

Digərlərinin də müayinəsi mərhələli şəkildə aparılacaq.

Səfirlik əməkdaşlarına psixoloji xidmət göstəriləcək, qan analizi götürüləcək
və ehtiyac olarsa, digər müayinələrdən də keçəcəklər.

Qeyd edək ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu
olub. Hadisə nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov
şəhid olub, iki nəfər isə yaralanıb. Bundan sonra Azərbaycanın İrandakı
səfirliyinin fəaliyyəti dayandırılıb.

Source link