b28f1283-d867-480a-a297-9e2d37c1a71f..jpg

Azərbaycanın İsraildəki səfiri: “Dinc əhaliyə qarşı terror hücumlarını pisləyirəm”

Baxış sayı: 640 dəfə baxılıb.

Azərbaycanın İsraildəki səfiri: “Dinc əhaliyə qarşı terror hücumlarını
pisləyirəm”

“Mən fərq qoymadan raket hücumlarını və dinc əhaliyə qarşı terror hücumlarını
pisləyirəm”.

Bu fikirləri Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov “X” sosial
şəbəkəsindəki hesabında yazıb.

“Minlərlə İsrail vətəndaşı kimi mən və ailəm saatlarla sığınacaqda qalmalıyıq.
Fərq qoymadan raket hücumlarını və dinc əhaliyə qarşı terroru pisləyirəm.

Terrorçular tərəfindən qaçırılaraq vəhşicəsinə, pis rəftar edilən qadın və
uşaqlar da daxil olmaqla, çoxsaylı mülki şəxslərin oğurlanması məni dəhşətə
gətirir.

Bütün suveren dövlətlər kimi İsrailin də sülh və təhlükəsizlik şəraitində
yaşamaq hüququ var”, – səfir sosial şəbəkə hesabına yazıb.

Source link