Ermənistanda yeni prezidentin seçilməsi ölkədə hakimiyyətin dəyişməsindən xəbər vermir.
Bunu ÇıxışYolu.Com-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
Onun sözlərinə görə, Serj Sarkisyan bu gün Ermənistanın əsas siyasi fiquru olaraq qalır.
“Hazırkı prezident şərtidir. O, ümumxalq deyil, birbaşa səsvermə yolu ilə seçilib. Belə forma bir neçə postsovet dövlətində qəbul edilir və bunun nə dərəcədə demokratik olduğunu demək çətindir.
Hazırda Ermənistanda şərti prezident vəzifəsinə baxmayaraq, bütün icraedici hökumət yenə də Serj Sarkisyana tabedir”, – XİN-nin keçmiş rəhbəri qeyd edib.
Diplomat əlavə edib ki, bu formanın necə işləyəcəyini vaxt göstərəcək.
“İndi dəqiq demək olar ki, bu, Serj Sarkisyanın siyasi həyatının bir növ transformasiyası və uzadılmasıdır”, – Zülfüqarov bildirib.
Keçmiş Ermənistan prezidentinin cinayət təqibi mövzusuna toxunaraq, eks-nazir qeyd edib ki, Serj Sarkisyanın cinayət fəaliyyəti haqqında konkret faktlar var, lakin nə qədər ki hakimiyyət onun əlindədir və müxalifətin güclü sıxışdırılacaq, Sarkisyan cinayət məsuliyyətinə cəlb edilməyəcək.
“Sarkisyanın əməllərinin real qiymətləndirilməsi ancaq onun siyasət arenasından getməsindən sonra obyektiv olacaq”, – Zülfüqarov əlavə edib.
Həmsöhbətimiz Armen Sarkisyanın Qarabağ münaqişəsi haqqında bəyanatına da münasibət bildirib.
Onun sözlərinə görə, bu bəyanat bir daha Serj Sarkisyanın bu məsələdə həmişəki siyasətinin davamı olduğunu sübut edir.
Əli Məmmədov
www.ÇıxışYolu.Com