c3ada665-e777-410c-8316-d0dd48e8a46a..jpg

Azərbaycanın kişi güləşçiləri dünya çempionatında beş medal qazanıblar – YENİLƏNİB

Baxış sayı: 635 dəfə baxılıb.

Azərbaycanın kişi güləşçiləri dünya çempionatında beş medal qazanıblar –
YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kişi güləşçilərdən ibarət Azərbaycan millisi Bakıda keçirilən hərbçilər
arasında dünya çempionatının üçüncü gününü beş medalla başa vurublar.

AZƏRTAC xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində mübarizə aparan Ziya
Babaşov rusiyalı rəqibinə qalib gələrək qızıl medal qazanıb.

Yunan-Roma güləşçisi Ülvi Qənizadə də (72 kiloqram) əlcəzairli Merabet
Abdelmalekini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Azərbaycanın digər təmsilçisi Murad Əhmədiyev (92 kiloqram) final görüşündə
italiyalı rəqibini məğlubiyyətə uğradaraq birinci yerin sahibi olub.

Fərid Sadıqlı (55 kiloqram) və Azad Əliyev (82 kiloqram) isə bürünc medal
uğrunda görüşlərdə rəqiblərindən üstün olaraq üçüncü yerləri tutublar.

Bununla da yığma komandanın dünya çempionatında qazandığı medalların sayı 18-ə
çatıb. Yarış dekabrın 3-dək davam edəcək.

10:18

Bu gün Azərbaycanın daha yeddi güləşçisi Bakıda hərbçilər arasında keçirilən
güləş üzrə 36-cı dünya çempionatında çıxış edəcək.

“Report” xəbər verir ki, medallar uğrunda 5 kişi və 2 qadın idmançımız
mübarizə aparacaq.

Yunan-Roma güləşçilərindən Fərid Sadıqlı (55 kiloqram), Ziya Babaşov (63
kiloqram), Ülvi Qənizadə (72 kiloqram), Azad Əliyev (82 kiloqram) və Murad
Əhmədiyev (97 kiloqram) etimadı doğrultmağa çalışacaqlar.

Qadınlardan isə Jalə Əliyeva (57 kiloqram) və Birgül Soltanova (62 kiloqram)
qüvvəsini sınayacaqlar.

Qeyd edək ki, daha əvvəl Azərbaycan təmsilçiləri 6 qızıl, 2 gümüş və 3 bürünc
medal əldə ediblər.

Source link