Azərbaycanın mədəniyyət naziri Türkiyəyə gedəcək, Şuşa ilə bağlı tədbirlərə
qatılacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ankarada Şuşa ilə bağlı tədbirlər keçiriləcək və Azərbaycanın mədəniyyət
naziri Adil Kərimli tədbirlərə qatılmaq üçün Türkiyəyə səfər edəcək.
Bu barədə “Report”un Ankara bürosunun sorğusuna cavab olaraq Beynəlxalq Türk
Mədəniyyət Təşkilatından (TÜRKSOY) bildirilib.
A.Kərimli noyabrın 13-də TÜRKSOY-un Ankaradakı Baş Qərargahında “Şuşa günləri”
çərçivəsində təşkil olunan “Şuşa rəssamları” sərgisində iştirak edəcək.
Həmin gün “Şuşa-2023 – Türk Dünyası Mədəniyyət Paytaxtı” ili çərçivəsində Şuşa
Mədəniyyət Günləri təşkil olunacaq. Eyni zamanda Türkiyə Prezident
Administrasiyasının Simfonik Orkestrinin binasında Azərbaycan sənətkarlarının
iştirakı ilə konsert olacaq.