94e00d9a-84fe-4d4e-a60e-d92f63415822..jpg

Azərbaycanın məşhur sənətçisi vəfat etdi – FOTO

Baxış sayı: 650 dəfə baxılıb.

Azərbaycanın məşhur sənətçisi vəfat etdi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın tanınmış sənətçilərindən biri, zərb alətləri ustası Eldar Qafarov
ötən gecə 69 yaşında dünyasını dəyişib.

Milli.az xəbər verir ki, o, xroniki şəkərli diabet, böyrək çatışmazlığı və
hipertoniyadan əziyyət çəkirdi.

Eldar Əliabbas oğlu Qafarov Ü.Hacıbəyov adına Azərbaycan Dövlət
Konservatoriyasının (hazırkı Bakı Musiqi Akademiyasının) məzunu idi. O, zərb
alətləri ixtisası üzrə professor Həsən Rzayevin sinfində təhsil alıb.

1983-cü ildə Yuli Qusmanın teatrında, 1984-89-cu illərdə Rəşid Behbudov adına
Mahnı Teatrında, 1990-2000 illərdə isə Xalq artisti Zeynəb Xanlarovanın
kollektivində fəaliyyət göstərib.

Müxtəlif illərdə Ramiz Mirişli, Emin Sabitoğlu, Faiq Sücəddinov, Brilliant
Dadaşova, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Akif Süleymanbəyli, İlqar
Muradov, İlqar Xəyal kimi sənətkarlarla əməkdaşlıq edib.

Salman Qəmbərovun “Bakustik Jazz” və “Lətif” layihələrinin iştirakçısı olub.

Almaniya, Fransa, İsveçrə, Monqolustan, Argentina, Avstriya, Ukraynada
keçirilən musiqi festivallarında iştirak edib.

Son vaxtlar “AzTV”nin estrada ansamblında və Qara Qarayev adına Mərkəzi
İncəsənət Məktəbində müəllim işləyirdi.

Source link