74056038-bcfb-4e1f-bb40-e0bf4cd67dd5..jpg

Azərbaycanın magistral qaz kəmərlərindən əldə etdiyi gəlirləri artır

Baxış sayı: 702 dəfə baxılıb.

Azərbaycanın magistral qaz kəmərlərindən əldə etdiyi gəlirləri artır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə
yükdaşımalardan əldə etdiyi gəlirləri 1 891 727,3 min manat təşkil edib, bu da
illik müqayisədə 10,9% artım deməkdir.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2022-ci ilin müvafiq
dövründə sözügedən göstərici 1 706 401,5 min manat səviyyəsində olub.

Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda magistral qaz
kəmərləri ilə 29 430,7 milyon kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq
dövrünə nisbətən 10,3% artım müşahidə olunub.

Xatırladaq ki, ötən il Azərbaycanın magistral qaz kəmərləri ilə
yükdaşımalardan əldə etdiyi gəlirləri 2 328 243,1 min manat təşkil edib, bu da
illik müqayisədə 25,7% artım deməkdir.

Source link