b74b693d-169d-41a2-b429-472cdbf2fe2f..jpg

Azərbaycanın Milli Qəhrəmanı Anatoliy Davidoviçin xatirəsi anılıb – FOTO

Baxış sayı: 849 dəfə baxılıb.

Azərbaycanın Milli Qəhrəmanı Anatoliy Davidoviçin xatirəsi anılıb – FOTO

Azərbaycan Respublikasının Belarus Respublikasındakı səfirliyinin əməkdaşları
və hərbi attaşelik aparatının nümayəndələri Azərbaycanın Milli Qəhrəmanı,
Belarus əsilli Davidoviç Anatoliy Nikolayeviçin anadan olmasının ildönümü ilə
əlaqədar onun məzarını ziyarət edərək önünə gül dəstələri qoyub, xatirəsini
ehtiramla yad ediblər.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Sonra Milli Qəhrəmanın Slutskda yaşayan anası Kima Davidoviç də ziyarət
olunub, onun səhhəti və qayğıları ilə yaxından maraqlanılıb.

1992-ci ilin iyunun 13-də döyüşlərin birində qəhrəmancasına həlak olan mayor
A.Davidoviçin şücaətinin Azərbaycan və Belarus xalqları arasında dostluq və
qardaşlıq münasibətlərini daha da möhkəmləndirdiyi, xatirəsinin hər iki ölkədə
daim ehtiramla yad olunduğu xüsusi qeyd edilib.
K.Davidoviç oğlunun xatirəsinə olan ehtirama, eləcə də özünə göstərilən
diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə, Müdafiə
Nazirliyinin rəhbərliyinə, o cümlədən Azərbaycan dövlətinin Belarusdakı
səfirliyinin və hərbi attaşelik aparatının əməkdaşlarına minnətdarlığını
bildirib.

Milli Qəhrəmanın anası, həmçinin 2019-cu ildə Azərbaycan Respublikasının
müdafiə naziri general-polkovnik Zakir Həsənovun onu xəstəxanada ziyarət
etməsini məmnuniyyət hissi ilə xatırlayıb.

Source link