e82ca67c-b5ab-4766-ae4d-6b1af3a4a507..jpg

Azərbaycanın mina problemi beynəlxalq simpoziumda müzakirə olunub – FOTO

Baxış sayı: 413 dəfə baxılıb.

Azərbaycanın mina problemi beynəlxalq simpoziumda müzakirə olunub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mövcud mina və partlamamış
hərbi sursat problemi Xorvatiyanın Tsavtat şəhərində keçirilən Mina Təhlükəsinə
Qarşı Mübarizə üzrə 20-ci Beynəlxalq Simpoziumda müzakirə olunub.

Bununla bağlı Cixisyolu.com-a Azərbaycan Minatəmizləmə Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, beynəlxalq tədbirdə Xorvatiyanın bir sıra dövlət rəsmiləri,
müxtəlif ölkələrin minatəmizləmə qurumları, bu sahədə ixtisaslaşmış
qeyri-hökumət və donor təşkilatların nümayəndələri, habelə istehsalçı
şirkətlərin təmsilçiləri iştirak edib.

Sözügedən simpozium çərçivəsində mina təhlükəsi mövzusunda texniki və
idarəetmə problemlərinin həlli yolları, ən son elmi-praktiki nailiyyətlər və
minalarla mübarizəyə dair təcrübə mübadilələri aparılıb, o cümlədən, müxtəlif
şirkətlər tərəfindən istehsal olunan avadanlıqlar nümayiş olunub.

Agentliyin nümayəndə heyətinin üzvləri tədbirdə Azərbaycanın işğaldan azad
edilmiş ərazilərində mövcud mina və partlamamış hərbi sursat problemi,
partlayıcı qurğularla kütləvi şəkildə çirklənmənin miqyası, mövcud problemin
bərpa-quruculuq işlərinə, eləcə də keçmiş məcburi köçkünlərin qayıdışına
yaratdığı maneələr barədə təqdimatla çıxış edərək, bu sahədə beynəlxalq
əməkdaşlığın və dəstəyin vacibliyinə toxunublar.

Source link