Azərbaycanın Moskvadakı turizm nümayəndəliyinin fəaliyyətə başlamasının vaxtı
açıqlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Dövlət Turizm Agentliyinin (DTA) Rusiyadakı nümayəndəliyinin
fəaliyyəti iki aya bərpa ediləcək.
Bu barədə agentlik “Report”un sorğusuna cavab olaraq bildirib.
DTA Rusiyadakı nümayəndəliyinin işini bərpa etmə səbəbini bu ölkədən
Azərbaycana turist axınının artması ilə əlaqələndirib:
“Rusiya Azərbaycanın ənənəvi hədəf bazarlarından biridir və ölkəmizə ən çox
ziyarətçi də şimal qonşumuzdan gəlir. Dövlət Turizm Agentliyinin Rusiya
bazarında fəaliyyətini intensivləşdirilməsi ölkəmizə daha çox turistin
gəlməsini təmin edəcək”.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycana 187 ölkədən 2 milyon 085,8 min nəfər və
yaxud 2022-ci illə müqayisədə 30,2% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs
gəlib.
Gələnlərin 30%-i Rusiya vətəndaşları olub. Son bir ildə Rusiyadan gələnlərin
sayı 39,9% artıb.
Xatırladaq ki, Moskvada Azərbaycanın turizm nümayəndəliyi 2016-cı ildə açılıb.