b28edeb1-79f4-4c08-830b-ed598d672ba1..jpg

Azərbaycanın müdafiə naziri Selçuk Bayraktar ilə görüşüb – FOTO

Baxış sayı: 561 dəfə baxılıb.

Azərbaycanın müdafiə naziri Selçuk Bayraktar ilə görüşüb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun
rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına səfəri çərçivəsində
qardaş ölkənin müdafiə sənayesi kompleksinə daxil olan “Baykar” şirkətinin
texniki direktoru cənab Selçuk Bayraktar ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında olan dostluq və
qardaşlıq münasibətlərinin bütün digər sahələrdə olduğu kimi, hərbi texniki
sahədə də uğurla inkişaf etdiyi vurğulanıb, cari əməkdaşlığın inkişaf
perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Sonda tərəflər arasında birgə tədqiqat, inkişaf və istehsalata dair əməkdaşlıq
müqaviləsi imzalanıb.

Source link