Azərbaycanın nə qədər su ehtiyatı var?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycanın yerüstü su ehtiyatlarının həcmi 1960-90-cı illərdəki 30 milyard
kubmetrdən 2022-ci ildə 17 milyard kubmetrə düşüb”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin
sədrinin müşaviri Əsəd Şirinov Bakı Su Həftəsi (“Baku Water Week”) çərçivəsində
Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransında
bildirib.
“Təxminən 8 milyard kubmetr də yeraltı su ehtiyatlarımız var. Bunun da bir
hissəsi Qarabağdadır. İnanırıq ki, Azərbaycanda yerüstü və yeraltı su
ehtiyatlarının maksimum formalaşmasına nail olacağıq”, – deyə o qeyd edib.