011faab0-aaf0-4f0e-902e-e11e18841362..jpg

Azərbaycanın NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibi dəyişdirildi – SƏRƏNCAM

Baxış sayı: 854 dəfə baxılıb.

Azərbaycanın NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibi dəyişdirildi –
SƏRƏNCAM

Prezident yanında Azərbaycanın NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibi
dəyişdirilib.

Prezident.az xəbər verir ki,
bununla bağlı Prezidentİlham Əliyev “Azərbaycan Respublikasının NATO ilə
əməkdaşlığını daha da gücləndirmək tədbirləri haqqında” sərəncamda dəyişiklik
edib.

Dəyişikliyə əsasən, Xarici Kəşfiyyat Xidmətinin və Dövlət Təhlükəsizliyi
Xidmətinin rəisləri Komissiyanın yeni tərkibinə daxil edilib.

Digər dəyişikliklə Dövlət Mülki Aviasiya Administrasiyasının (hazırda
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki
Aviasiya Agentliyidir – red.) direktoru tərkibdən çıxarılıb.

Qeyd edək ki, Komissiyanın sədri Baş nazirin birinci müavini Yaqub Eyyubovdur.

Source link