753266df-658e-4f79-a84c-68868ae02d29..jpg

Azərbaycanın neft-qaz gəlirləri tədricən azalacaq – PROQNOZ

Baxış sayı: 578 dəfə baxılıb.

Azərbaycanın neft-qaz gəlirləri tədricən azalacaq – PROQNOZ

Azərbaycanın dövlət büdcəsinin gəlirləri 2027-ci ildə 16 227,6 milyon manat
təşkil edəcək, bu da 2023-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 8,5%
azalma deməkdir.

APA xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin
dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində
bildirilib.

Proqnoza görə, 2024-cü ildə dövlət büdcəsinin neft-qaz gəlirləri 16 756 milyon
manat səviyyəsində olacaq ki, bu da 2023-cü ilin proqnoz göstəricisindən 5,54%
azdır.

Məlumata görə, 2023-cü ildə dövlət büdcəsinin gəlirləri 17 739,7 milyon manat
həcmində proqnozlaşdırılıb, bu da illik müqayisədə (2022-ci il – 15 329,6
milyon manat) 15,7% çoxdur.

Proqnoza əsasən, 2015-ci ildə dövlət büdcəsinin gəlirləri 17 701,3 milyon
manat, 2026-cı ildə isə 16 839,3 milyon manat səviyyəsində olacaq.

Source link