17614b49-90e8-43f3-a107-41a5f135210a..jpg

Azərbaycanın opera ifaçısı Nyu-Yorkda keçirilən müsabiqədə qızıl medal qazandı – FOTO

Baxış sayı: 1. 023 dəfə baxılıb.

Azərbaycanın opera ifaçısı Nyu-Yorkda keçirilən müsabiqədə qızıl medal qazandı
– FOTO

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ABŞ-ın Nyu-York şəhərində keçirilən
“American International Vocal Competition of Opera Singers 2023” beynəlxalq
opera ifaçılarının vokal müsabiqəsində iştirak edən gənc opera ifaçısı Urfan
Cəfərov 67 ölkə arasında qızıl medal qazanaraq 1-ci yer tutub.

Nazirlikdən Cixisyolu.com-a verilən məlumata görə, o, müsabiqənin qalibi kimi solo
konserti üçün prestijli sertifikat alaraq, dünyanın ən məşhur konsert
salonlarından biri olan Carnegie Hall-da Azərbaycanı ilk dəfə təmsil etmiş və
solo ifa edən ilk azərbaycanlı gənc ifaçı olub.

Qeyd edək ki, Cəfərov “Carnegie Hall”da keçirilmiş nüfuzlu vokalçıların
müsabiqəsinin final mərhələsinə birbaşa vəsiqə əldə edərək qalib adını qazanıb.

Bu müsabiqə gənc ifaçıların dünya şöhrətli səhnədə solo konsertini təmin edən
yeganə platformadır.

Cəfərov daha əvvəl respublika və beynəlxalq müsabiqələr laureatı, opera
ifaçılarının Avropa Çempionu və Gənclər Mükafatçısı, Azərbaycan Milli İnciləri
Mükafatçısı, Qızıl Səs mükafatı laureatı (İngiltərə-London) mükafatlarına layiq
görülüb.

Source link