Azərbaycanın profilaktik peyvəndlər təqviminə əlavə edilən yeni vaksin
məcburidir? – YENİLƏNİB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bəzi valideynlər hətta məcburi olan peyvəndlərin övladlarına vurulmasından
imtina edirlər.
Nəzərə alsaq ki, profilaktik peyvəndlər təqvimi yenilənib və Heksavaksin bu
sıraya əlavə olunub. Bu peyvəndin uşaqları hansı infeksiyalardan qoruduğunu
bilmək çox önəmlidir, çünki beynəlxalq təcrübədə, peyvəndlənmənin nə qədər
risklərin qarşısını aldığı hər kəsə məlumdur.
Yeni peyvəndin məcburi, yoxsa könüllü olması ilə bağlı Respublika Gigiyena və
Epidemiologiya Mərkəzindən bildirilib ki, valideynlər Heksavaksindən imtina edə
bilərlər.
Həkim Adil Qeybulla qeyd edib ki, bu vaksin əvvəllər uşaqlara vurulan bir neçə
vaksinin birləşməsidir:
“Təxminən altı adda infeksiyadan söhbət gedir. Tetanus, difiteriya, göy
öskürək, hepatit B, poliomielit və influenza virusu əleyhinə vaksindir. Hesab
edirəm ki, Dünya Səhiyyə Təşkilatı tərəfindən ən uyğun hesab edilən variantdır”.
Ətraflı Baku TV-nin süjetində:
09:38
Azərbaycan səhiyyə nazirinin müvafiq əmrinə əsasən, profilaktik peyvəndlər
təqvimi yenilənib.
Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, təqvimə “GDT Hib Hep B İPV” (Heksavaksin) vaksini əlavə olunub.
Təqvim Avropa İttifaqının maliyyə dəstəyi isə Ümumdünya Səhiyyə Təşkilatının
həyata keçirdiyi “Vaksinasiyaya dəstək” layihəsi çərçivəsində hazırlanıb.