4a232f9b-2c65-4f36-98c6-6b2893cb7999..jpg

Azərbaycanın PUA bölmələrinin təlimlərindən görüntülər – VİDEO

Baxış sayı: 682 dəfə baxılıb.

Azərbaycanın PUA bölmələrinin təlimlərindən görüntülər – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava
Qüvvələrində (HHQ) pilotsuz uçuş aparatları (PUA) bölmələri ilə təlim-məşq
uçuşları yerinə yetirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

PUA heyətləri müəyyən edilmiş marşrutlar üzrə hava kəşfiyyatının aparılması,
şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin olunaraq dəqiq
aviasiya zərbələri ilə məhv edilməsi, eləcə də digər fəaliyyətləri yerinə
yetiriblər.

Təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra olunub.


Source link