f0ab75d1-89b5-4cbd-a9df-10bf479b10e5.jpg

Azərbaycanın qadın boksçusu dünya birinciliyində ilkə imza atıb

Baxış sayı: 152 dəfə baxılıb.

Azərbaycanın qadın boksçusu Aynur Mikayılova tarixi bir ilkə imza atıb.

Cixisyolu.com xəbər verir ki, 57 kq çəkidə mübarizə aparan yığma üzvü Monteneqronun
Budva şəhərində gənclər arasında keçirilən dünya birinciliyində bunu
reallaşdırıb.

Mikayılova 1/4 finalda Reka Varqa Saraya (Macarıstan) ilk raundda tam
üstünlüklə qalib gəlib. O, yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı
təmin edib. Bu, Azərbaycan boks tarixində bir ilkdir. İndiyədək ölkəmizin heç
bir qadın boksçusu dünya birinciliyində bu mərhələyə qədər irəliləməyib. Onun
qazanacağı istənilən medal isə boks tariximizə qadınlardan ibarət yığmanın ilk
mükafatı kimi düşəcək.

Qeyd edək ki, mundialda yarımfinal görüşləri sabah təşkil olunacaq.

Source link