Azərbaycanın qadın boksçusu ispaniyalı rəqibinə qalib gəlib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanın qadın boksçusu Şəhla Allahverdiyeva İtaliyanın Busto Arsizio
şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində ispaniyalı Mariana
Soto Torresə qalib gəlib.
Federasiyadan Cixisyolu.com-a verilən məlumata görə, 66 kq çəkidə mübarizə aparan
boksçumuz 1/16 finalda rəqibini 5:0 hesabı ilə məğlub edib.
Ardıcıl ikinci qələbəsini qazanan Şəhla Allahverdiyeva 1/8 final döyüşünə
martın 9-da çıxacaq.
Qeyd edək ki, bu gün Azərbaycanın daha iki boksçusu qüvvəsini sınayacaq.
Marjona Savriyeva (50 kq) Meylin Çala Susanla (Ekvador), Ümid Rüstəmov (57 kq)
isə Bakari Hassanla (Keniya) döyüşəcəklər.