Azərbaycan Sərhəd Qoşunları müasir hərbi texnika ilə, o cümlədən müasir manevrli hərbi maşın olan “Т-72АВ” Rusiya tankları ilə tam təmin edilib. Lakin onların qadınlar tərəfindən idarə edilməsi ilk dəfə məlum olub.
Bu barədə ÇıxışYolu.Com “Vestnik Qafqaza”ya istinadən xəbər verir.
Çox güman ki, dünyada heç bir dövlətin sərhəd qoşunları Azərbaycandakı kimi yaxşı təmin edilməyib. Azərbaycanın qadın tankçılarının hazırlıq səviyyəsi təriflərəlayiqdir. Çünki bu elit bölməyə düşmək elə də asan deyil və onlar öz məharətini daim “güclü cinsə” nümayiş etdirməlidir.
Qeyd edək ki, “Т-72 Ural” SSRİ-nin ikinci nəslə aid olan ən kütləvi əsas hərbi tankı olub. 1973-cü ildən etibarən SSRİ Silahlı Qüvvələrində silah kimi qəbul edilib.
“Ural” MDB ölkələrinin silahlanmasında tətbiq edilir. Finlandiya, Hindistan, İran, İraq və Suriya ölkələrinə satılır.