Azərbaycanın səfiri etimadnaməsini Yunanıstan prezidentinə təqdim edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanın Yunanıstandakı səfiri Arif Məmmədov etimadnaməsini bu ölkənin
Prezidenti Katerina Sakellaropulouya təqdim edib.
Bu barədə Yunanıstanın Azərbaycandakı səfirliyi məlumat yayıb.
“Azərbaycanın Yunanıstandakı səfiri Arif Məmmədovu etimadnaməsini Yunanıstan
Respublikasının Prezidenti Katerina Sakellaropulouya təqdim etməsi münasibətilə
təbrik edir, ona fəaliyyəti dövründə uğurlar əldə etməsini diləyirəm”,-
paylaşımda qeyd olunub.