3d3ce089-3d87-442b-8bf9-60d0bd08b027..jpg

Azərbaycanın səkkiz cüdoçusu Böyük Dəbilqədə mübarizəyə başlayır

Baxış sayı: 1. 063 dəfə baxılıb.

Azərbaycanın səkkiz cüdoçusu Böyük Dəbilqədə mübarizəyə başlayır

Bu gün Antalyada cüdo üzrə Böyük Dəbilqə turniri start götürəcək.

Cixisyolu.com xəbər verir ki, ilk yarış günündə Azərbaycanın səkkiz idmançısı beş
çəki dərəcəsində mübarizə aparacaq.

Nazir Talıbov (60 kq) 1/32 final mərhələsində çexiyalı David Pulkrabeklə
qarşılaşacaq.

Kəramət Hüseynov (60 kq) 1/16 finalda Muhammadsoleh Quvatov (Tacikistan) –
Dilşodbek Baratov (Özbəkistan) görüşünün qalibi ilə güləşəcək.

Yaşar Nəcəfov (66 kq) 1/32 finalda İtaliya idmançısı Fabio Basillə görüşəcək.

Böyük Dəbilqənin üçqat qalibi, Avropa çempionu Orxan Səfərov (66 kq) 1/16
finalda Hekim Aqamammedov (Türkmənistan) – Antoni De Angelis (Latviya)
cütlüyünün qalibini sınağa çəkəcək.

Qadınların yarışında Leyla Əliyeva (48 kq) 1/32 finalda Mariya Buyok
(Ukrayna), Könül Əliyeva (48 kq) isə 1/16 finalda Mari Di Varqas Ley (Çili) ilə
güləşəcək.

Gültac Məmmədəliyeva (52 kq) 1/32 finalda kanadalı Kelli Dequçi ilə görüşəcək.
O, Kanada idmançısını məğlub edərsə, 1/16 finalda Cənubi koreyalı Kanq
Yujeonqla qarşılaşacaq.

Fidan Əlizadə (57 kq) 1/32 finalda Yulia Kovalçuku (Polşa) sınağa çəkəcək. O,
bu mübarizədən qalib ayrılsa, 2022-ci ildə Bakıda keçirilən Böyük Dəbilqəni
qazanan Krista Dequçiyə (Kanada) rəqib olacaq.

Böyük Dəbilqəyə aprelin 2-də yekun vurulacaq.

Source link