Azərbaycanın sərbəst güləşçiləri Rusiyanın Vladiqafqaz şəhərində keçirilən
beynəlxalq turnirdə iki gümüş medal qazanıb.
“Report” xəbər verir ki, “Xadartsov qardaşları kuboku” yarışında İslam
Bazarqanov (57 kq) və Ağanəzər Novruzov (74 kq) fəxri kürsünün ikinci pilləsinə
qalxıblar.
Turnirdə məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında milli komandanın bir neçə
üzvü iştirak edib.
Qeyd edək ki, Azərbaycan təmsilçilərindən I dərəcəli hakim Elman İsmayılov
ədaləti qoruyub.