7cd6107a-904b-414a-aa73-8e745f1c5133..jpg

Azərbaycanın sərhəd-buraxılış məntəqələrində ləngimələr yaranıb – RƏSMİ

Baxış sayı: 1. 087 dəfə baxılıb.

Azərbaycanın sərhəd-buraxılış məntəqələrində ləngimələr yaranıb – RƏSMİ

Mart ayının 18-də İAMAS sistemində yaranmış texniki nasazlıq səbəbindən dövlət
sərhədindən buraxılış məntəqələrində vətəndaşların və nəqliyyat vasitələrinin
hərəkətində qısamüddətli ləngimələr yaranıb.

Bu barədə Cixisyolu.com-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat
verilib.

Bildirilib ki, operativ olaraq həyata keçirilmiş tədbirlər nəticəsində
nasazlıq aradan qaldırılıb, vətəndaşların və nəqliyyat vasitələrinin buraxılışı
təmin edilib.

Source link