Azərbaycanın sığorta bazarı 26% böyüyüb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
2023-cü ildə Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 1 222,537 milyon
manat sığorta haqqı toplanılıb.
Bu barədə Mərkəzi Bank məlumat yayıb.
Bildirilib ki, bu, 2022-ci ilə nisbətən 25,9% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği
isə 587,325 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 35,6% çoxdur.
12 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 48
manatı ödəniş edilib. Əvvəlki ilin eyni dövründə bu göstərici 44,6 manat olub.