d0924017-349f-4d85-8e87-83cd4b134ba4..jpg

Azərbaycanin şimal bölgəsində şəhidlərin xatirəsi ehtiramla yad edilib – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 605 dəfə baxılıb.

Azərbaycanin şimal bölgəsində şəhidlərin xatirəsi ehtiramla yad edilib –
YENİLƏNİB + FOTO/VİDEO

Quba, Qusar, Siyəzən və Şabran rayonlarında 27 Sentyabr – Anım Günü ilə
əlaqədar anım tədbirləri keçirilib.

“Report” xəbər verir ki, hər dörd rayonda keçirilən tədbirdə yerli icra
hakimiyyəti və hüquq mühafizə orqanlarının rəhbərləri, eləcə də idarə, müəssisə
və təşkilatların kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirlər zamanı qeyd olunan rayonların mərkəzində salınmış şəhidlər
xiyabanları ziyarət edilib, şəhid büstlərinin önünə gül dəstələri düzülüb.

Həmçinin şəhidlərimizin anım mərasimlərində qəhrəmanlarımızın şərəfli döyüş
yolundan danışılaraq onların əziz xatirəsi yad edilib.

Tədbirdə çıxış edən rayon rəhbərləri, vətəni canı bahasına qoruyaraq uca
zirvəyə yüksələn, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin
daim qəlblərdə yaşayacaqlarını, onların xatirələrinin hər zaman əziz
tutulacağını vurğulayıblar.

Daha sonra şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan
Respublikasının Prezidentiİlham Əliyev və Birinci vitse-prezident Mehriban
Əliyevayaminnətdarlıqlarını ifadə ediblər.

Anım Günü ilə əlaqədar saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla
yad edilib. Rayonların ərazisində avtomobillərin hərəkəti dayandırılıb.

Səhər saatlarından başlayan ziyarət rayon ictimayyəti tərəfindən günün
sonunadək davam etdirilib.

19:17

İşğaldan azad edilmiş Füzuli şəhərində şəhidlərin xatirəsi ehtiramla yad
edilib.

“Report” xəbər verir ki, 27 Sentyabr – Anım Günü ilə əlaqədar keçirilən
tədbirdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qarabağ İqtisadi
Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin, Qarabağ
Regional Təhsil İdarəsinin nümayəndələri, hüquq-mühafizə orqanlarının
rəhbərləri, doğma yurdlarına qayıtmış Füzuli sakinləri iştirak ediblər.

Tədbir iştirakçıları Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr
olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar. Şəhidlərin xatirəsi
ehtiramla yad olunub, ruhlarına dualar oxunub.

Tədbir Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə davam etdirilib. Tədbir
iştirakçıları məktəblilərin Qarabağa, 44 günlük Vətən müharibəsinə, şəhidlərə,
qəhrəmanlıq nümunələrinə həsr etdikləri rəsmlərə baxıblar.

Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söyləyib, xor ifa ediblər.

Sonda Anım Günü münasibətilə keçirilən rəsm müsabiqəsinin qalibləri
mükafatlandırılıb.

17:32

Sentyabrın 27-də Anım Günü ilə əlaqədar Şəkidə Vətən Müharibəsi şəhidlərinin
xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Şəhər rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət
nümayəndələri, müharibə iştirakçıları və qazilər səhər saatlarında Şəhidlər
xiyabanını, daha sonra Şəhidlərin Xatirə Kompleksinin yerləşdiyi məzarlığı
ziyarət ediblər, şəhid məzarları önünə gül dəstələri qoyub, şəhidlərin
xatirəsini ehtiramla yad ediblər.

Saat 12:00-da tədbir iştirakçıları şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik
sükutla yad ediblər. Çıxış edənlər şəhidlərimizin keçdikləri şərəfli ömür
yolundan, döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan danışıb, parlaq
xatirələrinin qəlblərdə əbədi yaşayacağını bildiriblər.

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları 27 Sentyabr Anım Günü ilə
əlaqədar ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin
məzarlarını ziyarət edib, onların əziz xatirələrini ehtiramla yad ediblər.

Şəhər ərazisində yerləşən Şəhidlər xiyabanını, daha sonra Şəhidlərin Xatirə
Kompleksinin yerləşdiyi məzarlığı ziyarət edib, şəhid məzarları önünə güllər
qoyublar.

Tədbir iştirakçıları saat 12:00-da Vətənimizin azadlığı və suverenliyi uğrunda
canlarından keçən qəhrəman oğullarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla
yad ediblər.

15:42

Aran bölgəsində 27 Sentyabr – Anım Günü qeyd olunub.

“Report”un Aran bürosu xəbər verir ki, Salyan, Neftçala, Şirvan, Hacıqabul,
Sabirabad, Saatlı və İmişlidə keçirilən anım mərasimlərində rayon icra
hakimiyyətlərinin rəhbər və məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə,
müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər,
müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidlər Xiyabanında Birinci Qarabağ döyüşləri, atəşkəs dövründə, Vətən
müharibəsi, 2022-ci ilin sentyabr ayı və bu ilin 20 sentyabr tarixli lokal
antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçuların məzarları ziyarət
olunub, şəhidlərimizin ruhuna dualar oxunub və tər gül dəstələri düzülüb.

Saat 12:00-da Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin,
konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

12:30

Sumqayıt şəhərində 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir təşkil olunub.

“Report” un yerli bürosunun məlumatına görə, Sumqayıt Şəhidlər Xiyabanında
keçirilən tədbirdə şəhərin icra başçısı Zakir Fərəcov, hüquq-mühafizə
orqanlarının əməkdaşları, şəhərdə fəaliyyət göstərən idarə və müəssisələrin
kollektivləri, şəhid ailələri, qazilər və şəhər ictimaiyyətinin nümayəndələri
iştirak ediblər.

Saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirində 44 günlük zəfər savaşından söhbət açılıb. Şəhidlərin
fotolarından ibarət stend nümayiş olunub. Şəhər rəhbərliyi və digər rəsmi
şəxslər həmin stendlərə baxış keçiriblər, şəhid ailələri ilə həmsöhbət olublar.

Sonda mərasim iştirakçıları, valideynlər şəhidlərin məzarlarını ziyarət edərək
üzərinə gül dəstələri düzüblər.12:01

Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin
ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir
dəqiqəlik sükutla yad edilib.

Cixisyolu.com xəbər verir ki, bu məqsədlə Bakı vaxtı ilə saat 12:00-da ölkə
ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb.

Daha çox şəkil burada: PhotoStock.az


Source link